Azərbaycan 2025-ci ildə “OPEC+” kvotasından gündəlik 91 min barel geri qalıb

Baş səhifə
Azərbaycan 2025-ci ildə OPEC+ kvotasından gündəlik 91 min barel geri qalıb

2025-ci ildə Azərbaycanda neft hasilatı orta hesabla gündəlik 62,4 min ton və ya 460 min barel təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinə istinadən xəbər verir.

“2025-ci ildə Azərbaycanda neft hasilatı orta hesabla gündəlik 75,9 min ton (571 min barel) olub. Xam neft hasilatı orta hesabla gündəlik 460 min barel, kondensat hasilatı 13,5 min ton (111 min barel) təşkil edib”, – məlumatda bildirilib.

Azərbaycanın “OPEC+” sazişi çərçivəsində 2025-ci il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir. Beləliklə, Azərbaycan 2025-ci ildə kvotadan gündəlik 91 min barel geri qalıb.