Ay və Yer saatlarını sinxronlaşdıran proqram hazırlandı

Baş səhifə

Bakı. Trend:

Çin alimləri Ayda dəqiq vaxt ölçməyə və onu Yer planetinin vaxtı
ilə sinxronlaşdırmağa imkan verən dünyanın ilk proqram təminatını
hazırlayıblar.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu texnologiya sürətlə inkişaf edən qlobal Ay
yarışı şəraitində Ayda naviqasiyanı daha dəqiq təmin etməyə imkan
verəcək.




Ayda saatlar Yer saatlarından bir qədər fərqli işləyir, çünki
Ayın cazibə qüvvəsi daha zəifdir – gündə təxminən 56 milyonda bir
saniyə fərq yaranır. Bu təsir kiçik olsa da, zamanla yığıldıqca Yer
vaxtının Ayda işlər üçün etibarlılığını azaldır.

Bu problemi həll etmək üçün Nancin Ziczinşan Müşahidə
Mərkəzindən olan tədqiqatçılar qrupu Ayın zəif cazibəsini və Yer
peykinin kosmosdakı hərəkətini nəzərə alan model hazırlayıb,
beləliklə Ayda baş verən hadisələri Yer saatları ilə dəqiq
sinxronlaşdırmaq mümkün olub.