
Bakı. Trend:
İngiltərənin “Liverpul” klubu Madrid “Real”ının yarımmüdafiəçisi
Cud Bellinqemin transferində maraqlıdır.
Trend xəbər verir
ki, bu barədə jurnalist Ekrem Konur “X” sosial şəbəkəsində məlumat
paylaşıb.
Məlumata görə, İngiltərə klubu “kral klubu”na futbolçu üçün 180
milyon avro ödəməyə hazırdır.
Bildirilir ki, “Liverpul” artıq “Real”la ilkin təmaslar qurub,
lakin futbolçu ilə bağlı ilk sorğu rədd edilib. Madrid klubunun
prezidenti Florentino Peres və digər rəhbər şəxslər satış
ehtimalını qəti şəkildə istisna ediblər. Klub rəhbərliyi Bellinqemə
uyğun əvəzləyici tapmağın mümkünsüz olduğunu düşünür.
“Liverpul” rəhbərliyi isə hesab edir ki, komandanın uzun illər
mərkəzində oyunu idarə edəcək yeni liderə ehtiyacı var.


