İsrail və Almaniya təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bəyannamə imzalayıb

Baş səhifə

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu və ölkədə səfərdə olan
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt
kibertehlükəsizlik, terrorizmlə mübarizə və qabaqcıl texnologiyalar
sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bəyannamə
imzalayıblar.

Trend xəbər verir
ki, bu barədə İsrail hökumət başçısının dəftərxanasının mətbuat
xidməti məlumat yayıb.

Bəyannamə “Berlin ilə dərin əməkdaşlığı” təsbit edir və
təhlükəsizlik sahəsində mövcud öhdəliklərin praktiki birgə
fəaliyyətə çevrilməsinə yönəlib. Sənəddə kiberhücumlar və
beynəlxalq terrorizm də daxil olmaqla, müasir təhdidlərlə
mübarizəyə xüsusi diqqət yetirilir.




Sənəddə həmçinin qeyd olunur ki, İran və onun dəstəklədiyi
strukturlar regional sabitlik və beynəlxalq təhlükəsizlik üçün
təhdid yaradır.

Bundan əlavə, Almaniyanın İsrail qarşısında tarixi məsuliyyəti
xüsusi vurğulanır. İsrail tərəfinin bildirdiyinə görə, bəyannamə
Berlinin Holokost xatirəsinin qorunmasına, o cümlədən “Yad Vaşem”
memorial kompleksi ilə əməkdaşlığa sadiqliyini əks etdirir.