Bakı. Trend:
İsveç hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün
1,4 milyard avro vəsait ayıracaq. Məqsəd mümkün mülki hədəflərin
daha effektiv qorunmasını təmin etməkdir.
Trend xəbər verir
ki, bu barədə İsveç hökumətinin rəsmi məlumatında bildirilir.
Qeyd olunur ki, ölkənin HHM sistemi indiyədək əsasən hərbi
obyektlərin müdafiəsinə yönəlib. Yeni plan çərçivəsində vağzallar,
körpülər, elektrik stansiyaları kimi mülki obyektlər də qorunan
siyahıya daxil edilib.
Bildirilir ki, bu məqsədlə alışlara artıq cari ilin birinci
rübündə başlanılacaq.

