Atırauda yaşayış binasında baş verən yanğında 8 nəfər xilas edilib

Baş səhifə

Bakı. Trend:

Qazaxıstanın Atırau şəhərində çoxmənzilli yaşayış binasının
birinci mərtəbəsində yerləşən mənzildə yanğın baş verib.

Trend Qazaxıstan
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər
verir ki, FHN əməkdaşlarının operativ tədbirləri nəticəsində 8
nəfər, o cümlədən 3 uşaq təhlükəsiz şəkildə xilas edilib.




Yanğın tam söndürülüb. Xəsarət alan yoxdur.