Malayziyada daşqınlar nəticəsində 3 mindən çox insan təxliyə edilib

Baş səhifə

Bakı. Trend:

Malayziyanın şərqində baş verən böyük daşqınlar səbəbindən 3
000-dən çox insan müvəqqəti olaraq köçürülüb və xüsusi təxliyə
mərkəzlərinə yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə “Bernama” məlumat yayıb.




2 800 nəfərin təxliyə edildiyi Saravak və Sabah ştatları
fəlakətdən ən çox zərər çəkən bölgələr olub.

Zərərçəkənlərə kömək məqsədilə bu ərazilərdə təxminən 30 təxliyə
mərkəzi yaradılıb.