ABŞ-də turist köpək balığının hücumuna məruz qalıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Virgin Adalarındakı Sent-Krua sahillərində amerikalı turist
köpək balığının hücumuna məruz qalıb.

Trend xəbər verir
ki, bu barədə USNews məlumat yayıb.




Qurban Minnesota ştatından olan 56 yaşlı Arlen Lillis kimi
müəyyən edilib. Hadisə cümə axşamı günortadan sonra adanın qərb
sahillərində baş verib. O, yerli xəstəxanaya aparılıb, lakin
həkimlər onun həyatını xilas edə bilməyiblər.

Virgin Adaları Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin
direktoru Deril Caşen bildirib ki, “Xidmətlər çox ekstremal və
çətin şəraitdə tez və peşəkarcasına hərəkət ediblər”.