İzmir-İstanbul avtomagistralında zəncirvari qəza olub, ölən və xəsarət alanlar var

Baş səhifə
İzmir-İstanbul avtomagistralında zəncirvari qəza olub, ölən və xəsarət alanlar var

İzmir-İstanbul avtomagistralında zəncirvari qəza olub, ölən və xəsarət alanlar var.

“Report” bu barədə “Haber Global”a istinadən xəbər verir.

Qəza avtomagistralın İstanbul istiqamətində Soğucak-Kuyualan arasında qeydə alınıb.

On iki avtomobilin bir-birilə toqquşması nəticəsində 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Qəza barədə məlumat daxil olduqdan sonra Balıkesir və Savaştəpədən yanğınsöndürən, təcili tibbi yardım və polis qrupları, həmçinin çox sayda təcili yardım maşını hadisə yerinə göndərilib.