İstanbul və bir neçə vilayətdə güclü qar səbəbindən məktəblərdə tətil elan edilib

Baş səhifə
İstanbul və bir neçə vilayətdə güclü qar səbəbindən məktəblərdə tətil elan edilib

Türkiyənin bir neçə vilayətində qeyri-sabit hava şəraiti səbəbindən məktəblərdə tətil elan edilib.

“Report” xəbər verir ki, bu barədə vilayət administrasiyaları məlumat yayıb.

Qeyd olunub ki, İstanbulda gözlənilən güclü qar yağışına görə yanvarın 12-si məktəblərdə qeyri-dərs günü elan olunub.

Kahramanmaraş və Sivasda da analoji səbəbə görə bir gün dərs olmayacaq. Tunceli vilayətində isə məktəb və universitetlərdə yanvarın 12-si və 13-ü qeyri-dərs günü olacaq.