Bakı. Trend:
Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı
ilhaq etmək planlarından əl çəkməməsi halında, Amerika şirkətlərinə
qarşı sanksiyalar tətbiq etmək planları hazırlayır.
Trend-in məlumatına görə, bu barədə “The Sunday Telegraph”
qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, Amerikanın texnologiya nəhəngləri Meta, Google
və Microsoft məhdudlaşdırıcı tədbirlərə məruz qala bilər.
Bundan əlavə, Brüssel “X” sosial şəbəkəsinin işini məhdudlaşdıra
və ABŞ-dan olan banklara və maliyyə firmalarına məhdudiyyətlər
tətbiq edə bilər.

