İrandakı etirazlarda 5 yaşlı uşaq güllələnib – DƏHŞƏT

Baş səhifə

İranın  Neyşabur şəhərində fəaliyyət göstərən bir həkim CNN-ə audiomesaj yollayıb.

Modern.az xəbər verir ki, həkim İran təhlükəsizlik qüvvələrinin dünən azı 30 nəfərə atəş açdığını bildirib.

O qeyd edib, güllənənlər arasında uşaqlar da var:

“5 yaşlı uşaq anasının qucağında ikən güllələnib”. Həkim toqquşmalar nəticəsində çoxlu yaralıların olduğunu deyib: “Xəstəxanalar son dərəcə xaotikdir və xəstələr qəbul olunmaqdan və şəxsiyyətlərini müəyyənləşdirməkdən qorxurlar. Bu səbəbdən insanları məlumatlandırmağa və klinikalarda özəl müalicə etməyə çalışırıq”.