Masazırda yaşayış binasında yanğın – Sakinlər təxliyə olundu

Baş səhifə

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Modern.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində şaxta boyu elektrik naqilləri 30p.m. yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 10-u azyaşlı olmaqla 25 nəfər bina sakini təxliyə olunub.

Bir nəfər tüstüdən zəhərlənib.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.