Bakı. Trend:
Çinin şərqində yolsuzluq avtomobili yarışı zamanı azı 14 nəfər
xəsarət alıb.
Trend-in
məlumatına görə, bu barədə Nantunq şəhər dairəsinin Tonçjou
rayonunun xalq hökuməti məlumat verib.
Məlumata əsasən, hadisə Tzyansu vilayətinin Avtomobil və
Motosiklet İdman Assosiasiyası tərəfindən keçirilən illik yarış
zamanı baş verib.
“52 yaşlı sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirib və
nəticədə 14 nəfər xəsarət alıb”, – deyə bildirilib.
Bütün xəsarət alanlar xəstəxanaya aparılıb. İki nəfər ağır
xəsarət alıb və vəziyyətləri sabitdir.

