Almaniyada hər 5 nəfərdən biri ölkədən köçməyi düşünür

Baş səhifə

Bakı. Trend:

Almaniyada aparılan yeni araşdırma, hər 5 nəfərdən birinin
ölkədən köçməyi düşündüyünü göstərib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Almaniya İnteqrasiya və Köç
Araşdırmaları Mərkəzinin (Dezim) 2024-2025-ci illər arasında 2 933
nəfər üzərində apardığı araşdırma, ölkədəki köç tendensiyasının
artdığını ortaya qoyur.

Araşdırmanın nəticələrinə görə, Almaniya əhalisinin 21%-i ölkəni
tərk etməyi düşünür. Bu, digər millətlərdən olan insanlar arasında
daha yüksəkdir – 34%.




Almaniyadan köçməyi düşünənlərin əksəriyyəti daha yaxşı şərait
axtarışında olduqlarını bildiriblər.

Həmçinin, fərqli milliyətli şəxslər arasında ayrı-seçkilik və
diskriminasiyaya məruz qalma təcrübəsinin də bu qərarda mühüm rol
oynadığı qeyd olunub.

Almaniyada köç və inteqrasiya məsələləri üzrə tədqiqatçı Fabio
Best araşdırmanın nəticələrini şərh edərək, köç etmək istəyinin
hələ də yüksək olduğunu bildirib.