
Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstanla sərhədi avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.
Rayonun Yengiyan kənd sakini 1987-ci il təvəllüdlü Dilqəm Məmmədovun idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Əliabad qəsəbə sakini 1987-ci il təvəllüdlü Xəyalə Herovovanın idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil toqquşub.
Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


