
Bakı. Trend:
“Qızıl top”un sonuncu sahibi Usman Dembele “PSJ” ilə yeni
müqavilə imzalamaya bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Paris klubu fransalı hücumçuya
illik 30 milyon avro maaş nəzərdə tutan yeni sözləşmə təklif
edib.
Lakin futbolçunun nümayəndəsi bu məbləğlə razılaşmır və ikiqat
maaş tələb edir. Buna səbəb kimi Dembeleinin 2025-ci ildə qazandığı
fərdi mükafatlar göstərilir.
Məlumata görə, “PSJ” maaş strukturunu ciddi şəkildə qorumaq
niyyətindədir. Klub ulduz futbolçular arasında balansın pozulmasını
istəmir və bu səbəbdən tələblərə razılaşmaq fikrində deyil.
Qeyd edək ki, Dembelenin “PSJ” ilə hazırkı müqaviləsi 2028-ci
ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun
bazar dəyərini 100 milyon avro olaraq qiymətləndirir.
Bu mövsüm Usman Dembele PSJ-nin heyətində bütün turnirlərdə 16
oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.


