
Bakı.Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz
saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, yanvarın 9-da polis əməkdaşları paytaxt,
respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan
bölgələrdə 5 avtomat silahı, 2 tapança, 13 qumbara, 2 pulemyot, 20
tüfəng, 23 patron darağı və 8518 ədəd müxtəlif çaplı patron aşkar
edərək götürüblər.

