
Bakı. Trend:
Almaniya Bundestaqının Xarici İşlər Komitəsinin sədri Armin
Laşet atəşkəs əldə edildikdən sonra Almaniya qoşunlarının Ukraynada
yerləşdirilməsini mümkün olduğunu bildirib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Laşetin sözlərinə görə, Ukrayna üçün etibarlı təhlükəsizlik
zəmanətləri, o cümlədən ABŞ tərəfindən təmin edilən zəmanətlər
zəruridir.
“Federal kansler (Fridrix Merts-red) Almaniya əsgərlərinin
Ukrayna sərhədində yerləşdiriləcəyini vəd edib. Nəticədə
Bundesverin cəlb edilməsi vəziyyətdən asılı olacaq”, – deyə Laşet
bildirib.
Yanvarın 6-da Parisdə Avropa ölkələrinin liderlərinin, ABŞ
prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və Ağ Ev sahibinin
kürəkəni Cared Kuşnerin iştirak etdiyi “İstəklilər koalisiyasının”
sammiti keçirilib. Görüşdə Ukrayna prezidenti Volodimir Zelenskinin
rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti də iştirak edib.
Görüşdən sonra Zelenski, Böyük Britaniyanın Baş naziri Kir
Starmer və Fransa Prezidenti Emmanuel Makron münaqişə başa
çatdıqdan sonra respublikada çoxmillətli qüvvələrin yerləşdirilməsi
barədə bəyannamə imzalayıblar.

