Bakı. Trend:
Ağ Evdə mümkün nüvə sınaqlarının keçirilməsi ilə bağlı
müzakirələr davam edir.
Trend xəbər verir
ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt Ağ Evdə jurnalistlərə
açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-nin hazırda bu cür sınaqların
keçirilməsi ilə bağlı konkret planı yoxdur.
“Nüvə sınaqlarının bərpası ilə bağlı dialoq davam edir. Bizim
nüvə arsenalımız dünyadakı bütün rəqiblərimizin arsenalından
əhəmiyyətli dərəcədə daha üstün olmalıdır”, – deyə Rayt qeyd
edib.
Xatırladaq ki, hələ 2025-ci ilin noyabrında ABŞ Prezidenti
Donald Tramp Vaşinqtonun “çox yaxında” nüvə sınaqları keçirəcəyini
bəyan etmiş, Pentaqonun rəhbəri Pit Heqset isə ABŞ-nin nüvə
silahını digər dövlətlərlə eyni səviyyədə sınaqdan keçirəcəyini
bildirmişdi.

