Bakı. Trend:
“Goretti” qasırğası İngiltərənin Kornuol bölgəsində yerləşən
“Sent Maykl dağı” (St Michael’s Mount) adasında ciddi dağıntılara
yol açıb.
Trend “The
Telegraph”a istinadla xəbər verir ki, Penzans yaxınlığındakı
qayalıqlarda yerləşən adada təxminən 100 ağac güclü küləklər
nəticəsində aşaraq məhv olub.
Adanın baş bağbanı Darren Little bildirib ki, dağılan ağacların
bir qismi 80–100 il yaşı olan nümunələrdir. O əlavə edib ki, bütün
ərazi demək olar ki, viran qalıb və dağıntıların təmizlənməsi
aylarla vaxt ala bilər.
Qeyd edək ki, “Goretti” qasırğası Britaniyada 64 mindən çox evi
elektrik enerjisiz qoyub, Hitrou hava limanında onlarla reys ləğv
edilib, dəmir yolu xətlərində isə gün boyu genişmiqyaslı gecikmələr
yaşanıb.

