
Bakı. Trend:
Avropa Birliyi və Cənubi Amerika Ortaq Bazarı (MERCOSUR)
yanvarın 17-də Paraqvayda azad ticarət sazişi imzalayacaqlar.
Trend xəbər verir
ki, bu barədə Argentinanın xarici işlər naziri Pablo Kirno “X”
sosial şəbəkə hesabında paylaşım edib.
Nazir qeyd edib ki, 30 illik danışıqlardan sonra iki blok
arasında tarixi və ən iddialı müqavilə imzalanacaq.
Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının prezidenti
Ursula fon der Leyen və Avropa Şurasının prezidenti António Kosta
Aİ ölkələrinin MERCOSUR ilə azad ticarət sazişinin imzalanmasını
dəstəklədiklərini, lakin Avropadakı fermerlərin bu qərara etiraz
etdiklərini bildirmişdilər.
Qeyd edək ki, MERCOSUR Argentina, Braziliya, Paraqvay və Uruqvay
tərəfindən yaradılmış Cənubi Amerikanın ən böyük ticarət-iqtisadi
blokudur. Bloka üzv ölkələrin ümumi ərazisi Cənubi Amerikanın quru
sahəsinin 70 faizindən çoxunu əhatə edir, əhalisi isə 295 milyon
nəfərdir.

