
Bakı.Trend:
Nizami rayonu ərazisində bir nəfər polisə müraciət edərək
bildirib ki, gecə saatlarında ona məxsus avtomobilin 350 manat
dəyərində 2 ədəd akkumulyatoru oğurlanıb.
Trend-in
məlumatına görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər
məhkum olunmuş 41 yaşlı R.Tağıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

