Tramp Meksikada narkokartellərə qarşı əməliyyata başlaya bilər

Baş səhifə
Tramp Meksikada narkokartellərə qarşı əməliyyata başlaya bilər

ABŞ Prezidenti Donald Tramp narkokartellərə qarşı quruda əməliyyatlara başlamaq planını açıqlayıb.

“Report” xəbər verir ki, o bu barədə “Fox News”ə müsahibəsində bildirib.

“Biz su yolu ilə gələn narkotiklərin 97%-nin qarşısını aldıq və indi qurudakı kartellərə zərbələr endirməyə başlayacağıq”, – Prezident qeyd edib.

D.Tramp həmçinin vurğulayıb ki, narkokartellər Meksika üzərində böyük hakimiyyətə malikdirlər.

“Kartellər Meksikanı idarə edir. Bu ölkədə baş verənləri müşahidə etmək çox kədərlidir”, – o əlavə edib.