
Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə
ənənəvi olaraq təşkil etdiyi “Bir olaq, həmrəy olaq!” adlı
videokonfrans Braziliya mətbuatında geniş işıqlandırılıb.
Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Brasilia İnfoco” xəbər
saytının jurnalisti Fabiana Ceyhanın onlayn görüşlə bağlı qələmə
aldığı məqalə yerli media orqanlarında dərc olunub.
Bildirilib ki, məqalədə komitənin və Azərbaycan diasporunun
2025-ci il ərzində gördüyü işlər yüksək qiymətləndirilib.
Komitənin fəaliyyəti barədə ictimaiyyətə mütəmadi məlumat
verildiyi və qəbul edilən qərarların aydın mexanizmlər əsasında
həyata keçirildiyi xüsusi olaraq vurğulanıb.
Qeyd edilib ki, bu yanaşma diaspor təşkilatları arasında
qarşılıqlı etimadı gücləndirir və daha səmərəli əməkdaşlığın
qurulmasına şərait yaradır.
Həmçinin videokonfrans formatında keçirilən görüş coğrafi
məhdudiyyətlərin aradan qaldırılmasına imkan verən, eyni zamanda
diaspor fəaliyyətində rəqəmsal modernləşməni təşviq edən mühüm
hadisə kimi dəyərləndirilib.
Məqalə ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:


