Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 10 faizdən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin
859,3 min nəfər təşkil edib.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə (DVX) istinadən xəbər verir.

Məlumata görə, bu, illik müqayisədə 6,5% çoxdur.




Eyni zamanda hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 10,6
faiz artaraq 58,4 min təşkil edib.

Qeyd edilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin
(obyektlərinin) sayı 7,1 faiz artıb və 232,8 min olub.