Ötən il Bakı metrosu ilə daşınan sərnişin sayı açıqlanıb

Baş səhifə

Bakı.Trend:

2025-ci ildə Bakı metrosu 227 milyona yaxın sərnişini təhlükəsiz
və rahat şəkildə ünvana çatdırıb.

Trend xəbər
verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, ötən ilin ən çox sərnişin daşıyan stansiyalarına
“Koroğlu” liderlik edir.




Payız ayları isə ilin ən hərəkətli dövrü olub.

Əvvəlki illə müqayisədə 10,6 % daha çox sərnişin isə “Əlçatan
metro” xidmətindən yararlanıb.