Azərbaycan Basketbol Liqasında 2026-cı ilin ilk görüşləri keçirilib

Baş səhifə
Azərbaycan Basketbol Liqasında 2026-cı ilin ilk görüşləri keçirilib

Azərbaycan Basketbol Liqasında XII tura start verilib.

“Report”un məlumatına görə, turun ilk oyun günündə B qrupunda iki görüş keçirilib.

Günün ilk matçında, Quba Olimpiya İdman Kompleksində, “Ordu” “Quba”nı 116:111 hesabı ilə üstələyib.

Növbəti görüşdə isə “Lənkəran” “Sərhədçi” üzərində 72:69 hesablı qələbə qazanıb. Bu matç “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, XII tura yanvarın 11-də yekun vurulacaq.