
Bakı. trend:
Böyük Britaniyada aparılan araşdırmalarda kommersiya məqsədli it
yemləri ümumi istixana qazı emissiyalarının təxminən 1%-ni təşkil
edir.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Alimlər taxılsız, yaş və çiy it yemlərin, adətən, standart quru
yemlərdən daha çox ətraf mühitə zərər vurduğunu bildiriblər.
Edinburq və Ekseter universitetlərinin tədqiqatçıları bazarda
olan təxminən 1000 növ it yemini araşdırıblar. Nəticələrə görə, bu
yemlərin istehsalı ölkənin ümumi emissiyalarının 0,9–1,3%-nə
bərabərdir.
Mütəxəssislər iqlimə təsiri azaltmaq istəyən it sahiblərinə yem
etiketlərini yoxlamağı, əsas ət tərkibi az olan quru yemlərə
üstünlük verməyi tövsiyə edirlər.


