Bakıda güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Baş səhifə
Bakıda güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, Bakı İdman Sarayında baş tutan tədbirdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, eləcə də Azərbaycan Güləş Federasiyasının rəsmiləri və digər qonaqlar iştirak edib.

Azərbaycan Himni ilə start verilən tədbirdə əvvəlcə rəsmi çıxışlar olub. Daha sonra mərasim bədii hissə ilə davam edib.

Qeyd edək ki, yanvarın 7-də startı verilən sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatına ayın 11-də yekun vurulacaq.