Bakı. Trend:
İsrail Livanda yeni hərbi əməliyyat üçün ABŞ-ın dəstəyini təmin
edib.
Trend-in məlumatına görə, bu barədə İsrailin “Kan” Dövlət
Televiziya və Radio Yayımları Şirkəti xəbər verib.
Məlumata əsasən, İsrailin Baş naziri Benyamin Netanyahu İsrail
hökumətinin üzvlərinə bildirib ki, ABŞ prezidenti Donald Tramp belə
bir əməliyyat keçirmək üçün “yaşıl ışıq” verib.
Bildirilib ki, əməliyyatın məqsədi “Hizbullah” təşkilatının
hərbi birləşmələrinin tərksilah edilməsi olmalıdır.

