Hələbdə atışma nəticəsində mülki şəxslər arasında ölənlərin sayı 5-ə çatıb

Baş səhifə

Bakı. Trend:

Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyasının açdığı atəş
nəticəsində Hələbdə ölən mülki şəxslərin sayı 5-ə çatıb, 31 nəfər
yaralanıb.

Trend-in məlumatına görə, bu barədə “Al-Ikhbariya” televiziya
kanalı xəbər verib.




Bundan əvvəl dörd nəfərin öldüyü, 18 nəfərin yaralandığı barədə
məlumat verilib. Suriya keçid hökumətinin Daxili İşlər Nazirliyi
SDQ döyüşçülərinin atəşi nəticəsində ən azı üç təhlükəsizlik
qüvvəsi əməkdaşının yaralandığını bildirib.