Bakı. Trend:
ABŞ-nin Qrenlandiyaya əlavə şəxsi heyət yerləşdirməsi məsələsi
müzakirələrə açıqdır.
Trend xəbər verir
ki, bunu NATO baş katibi Mark Rütte ABŞ telekanalına verdiyi
müsahibədə deyib.
“Konkret Qrenlandiyaya gəlincə , mən bilirəm ki, mən bilirəm ki,
əlavə Amerika qoşunlarının ora yerləşdirilməsi ilə bağlı
müzakirələr tam şəkildə açıqdır. Bununla bağlı heç bir problem
yoxdur”, – deyə o qeyd edib və müvafiq razılaşmaların mövcud
olduğunu əlavə edib.
Qeyd edək ki, bundan əvvəl “Reuters” agentliyi Ağ Evə istinadən
xəbər vermişdi ki, ABŞ hakimiyyəti Qrenlandiyanın əldə edilməsi ilə
bağlı bir neçə ssenarini, o cümlədən silahlı qüvvələrdən istifadə
variantını nəzərdən keçirir.
Fransanın xarici işlər naziri Jan-Noel Barro isə bildirib ki,
ABŞ-ın dövlət katibi Marko Rubio Qrenlandiyaya Amerika qoşunlarının
yeridilməyəcəyinə və Venesuelada olduğu kimi orada hərbi əməliyyata
başlanılmayacağına dair söz verib.

