Burkina-Fasoda prezidentə və məmurlara sui-qəsd cəhdinin qarşısı alınıb

Baş səhifə
Burkina-Fasoda prezidentə və məmurlara sui-qəsd cəhdinin qarşısı alınıb

Burkina-Fasoda yüksək vəzifəli şəxslərə, o cümlədən ölkə Prezidenti İbrahim Traoreyə sui-qəsd planı ifşa olunub.

“Report” xəbər verir ki, bu barədə RTB teleradio şirkətinin efirində təhlükəsizlik naziri Mahamadu Sana bildirib.

“Sui-qəsdçilər dövlət başçısı Traoredən başlayaraq, mülki və hərbi məmurların məqsədyönlü qətllər seriyası vasitəsilə ölkədə xaos yaratmağı planlaşdırırdılar”, – o deyib.

Nazir qeyd edib ki, əməliyyat 3 yanvar 2026-cı il tarixində yerli vaxtla 23:00-da başlamalı idi. Sui-qəsdçilər prezidenti yaxın məsafədən öldürmək yada onun iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum etmək niyyətində olublar, bundan sonra qurudan müdaxilə gözlənilirdi.