“Roma”nın baş məşqçisi tarixə düşüb

Baş səhifə

Bakı. Trend:

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyasında tarixi
göstəriciyə imza atıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli
mütəxəssis İtaliya çempionatında 1000 xal həddini keçən üçüncü baş
məşqçi olub.

A Seriyasının 19-cu turunda “Roma” səfərdə “Leççe”ni 2:0 hesabı
ilə məğlub edib.




Bildirilib ki, qələbəyə görə üç xal sisteminin tətbiq olunduğu
dövrdə (1994/1995 mövsümündən etibarən) Qasperinidən əvvəl bu
göstəriciyə yalnız iki məşqçi nail olub. Bunlar hazırda “Yuventus”u
çalışdıran Luçano Spalletti və “Milan”ın baş məşqçisi Massimiliano
Alleqridir.

Qeyd edək ki, Can Pyero Qasperini “Roma”ya 2025-ci ilin yayında
baş məşqçi təyin olunub. Paytaxt klubu hazırda 19 oyundan sonra 36
xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb.