
Bakı. Trend:
ABŞ Böyük Britaniyadakı hava bazalarına 14 ədəd “C-17
Globemaster” hərbi yük təyyarəsi və iki ağır silahlanmış “AC-130J
Ghostrider” helikopterini göndərib
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, yanvarın 3-dən etibarən, Saffolk və
Qlouçesterşayr bölgələrində yerləşən üç Krallıq Hərbi Hava
Qüvvələri bazasına ən azı 14 “C-17 Globemaster” yük təyyarəsi və
iki ağır silahlanmış “AC-130J Ghostrider” helikopteri eniş
edib.
“Globemaster” təyyarələrinin göyərtəsində xüsusi əməliyyatlarda
istifadə olunan beş “MH-60M Black Hawk” və bir “MH-47G Chinook”
helikopterinin olduğu güman edilir.
Qeyd olunur ki, adıçəkilən hava bazaları həm Krallıq Hərbi Hava
Qüvvələri, həm də ABŞ Hərbi Hava Qüvvələri tərəfindən birgə
istifadə olunur. Bununla belə, Böyük Britaniya Müdafiə Nazirliyi
məlumatı şərh etməkdən imtina edib.


