Qusar rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Baş səhifə

Bakı.Trend:

Qusar rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, ölən
var.

Trend-in
məlumatına görə, hadisə yanvarın 7-də gecə saatlarında baş verib.
1962-ci il təvəllüdlü Riman Əlisultanov, arvadı 1965-ci il
təvəllüdlü Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü
E.Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından
zəhərləniblər.




R.Əlsultanov hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilən
Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır.

Araşdırma aparılır.