
Bakı.Trend:
Sabunçu rayonunda maşın sərxoş kişini vurub.
Trend-in
məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Toğrul Süleymanov idarə etdiyi
“Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən Məhəmmədli
dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalta uzanan 2003-cü il
təvəllüdlü Kənan Əmirovu vurub.
O, xəstəxanada həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb.


