
Bakı. Trend:
Filippin sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Santyaqo şəhərindən
27 kilometr şərqdə, əhalisi təxminən 150 min nəfər olan ərazidə
yerləşib. Zəlzələ ocağı 58 kilometr dərinlikdə olub.
Hazırda tələfat və ya dağıntılar barədə məlumat daxil olmayıb.
Sunami təhlükəsi elan edilməyib.


