“Bavariya” yoxlama oyununda Avstriya klubuna qalib gəlib

Baş səhifə
Bavariya yoxlama oyununda Avstriya klubuna qalib gəlib

Almaniyanın “Bavariya” klubu beynəlxalq yoxlama oyununda Avstriyanın “Zaltsburq” komandası ilə qarşılaşıb.

“Report” xəbər verir ki, “Red Bull Arena”da baş tutan matç münhenlilərin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində Hiroki İto (45), Lennart Karl (72, 87), Felipe Çaves (75) və Tom Bişof (90+2) fərqləniblər.