
Macarıstanlı rejissor Bela Tarr 70 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Onun ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, macar rejissor və ssenarist “Satantango”, “Verkmeyster harmoniyaları”, “Londondan olan adam”, “Turin atı” kimi filmlərin müəllifidir. O bir sıra nüfuzlu kino mükafatlarına da layiq görülüb.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


