
Bakı. Trend:
“Şamaxı” qış təlim-məşq toplanışı zamanı iki yoxlama oyunu
keçirəcək.
Trend xəbər
verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat
yayıb.
Bölgə təmsilçisi yanvarın 11-i “Bank Respublika Arena”da
“Sabah”la, yanvarın 17-si “Liv Bona Dea Arena”da U-21 millimizlə
qarşılaşacaq.
Hər iki qarşılaşma saat 16:00-da start götürəcək.


