Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərci 26 %-ə yaxın azaldıb

Baş səhifə
Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərci 26 %-ə yaxın azaldıb

2025-ci ildə Azərbaycan Türkiyədən 12,31 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 25,7 % azdır.

Dekabrda Türkiyə Azərbaycana 0,775 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 36,7 % azdır.

12 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 5,3 % azalaraq 1 milyard 445,058 milyon ABŞ dollarına, təkcə dekabr ayında isə 8,7 % azalaraq 100,44 milyon ABŞ dollarına düşüb.

Türkiyədən ən çox dəri və dəri məhsullarının idxalı Almaniya 110,614 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 11,6 % az), İtaliya 96,749 milyon ABŞ dolları (-2,8 %) və İraq 94,908 milyon ABŞ dolları (-8,8 %) dəyərində həyata keçirib.