Rusiya MN: Ötən gecə 129 Ukrayna PUA-sı vurulub

Baş səhifə

Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə ərzində 129 Ukrayna pilotsuz uçuş aparatını vurub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA-ların hamısı Rusiya regionları üzərində vurulub.

Vurulan Ukrayna PUA-larından biri Rusiyanın Voronej vilayətində dəmir yolu xəttinə düşüb. Nəticədə qatarların hərəkətində gecikmə olub.