Böyük Britaniyada avtomobil satışı yeni rekorda çatıb

Baş səhifə

Bakı. Trend:

Çin avtomobil brendlərinin Böyük Britaniyada artan populyarlığı
ölkədə ümumi avtomobil satışlarının 2019-cu ildən bəri ilk dəfə
olaraq 2 milyon həddini keçməsinə səbəb olub.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Avtomobil İstehsalçıları və
Ticarətçiləri Cəmiyyətinin (SMMT) ilkin məlumatlarına əsasən,
2025-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçmiş 2 milyon yeni
avtomobilin 9,7%-i və ya təxminən 196 min ədəd nəqliyyat vasitəsi
Çin şirkətlərinin payına düşüb. Bu göstərici 2024-cü ildə Çin
istehsalçılarının əldə etdiyi 4,9%-lik bazar payı ilə müqayisədə
demək olar ki, iki dəfə çoxdur.




Elektrikli avtomobillərin satışı ötən illə müqayisədə təxminən
25% artaraq rekord səviyyə — 473 min ədədə çatıb. Bu da ümumi
bazarın 23,4%-ni təşkil edir ki, bu göstərici əvvəlki illə
müqayisədə 4 faiz bəndi çoxdur. Artım Böyük Britaniyada satılan
yeni avtomobillərin orta karbon emissiyalarının ötən ilə nisbətən
10% azalmasına töhfə verib.

Çin istehsalçılarından “BYD”nin satışları ötən illə müqayisədə
altı dəfə artaraq 51 min ədədə çatıb. “Chery” brendlərinin satışı
isə 13 dəfə artaraq 54 min ədəd olub. “MG” markası 85 min avtomobil
sataraq Almaniyanın “Mercedes-Benz” və Cənubi Koreyanın “Hyundai”
brendlərinin göstəricilərinə yaxın nəticə nümayiş etdirib.