Ötən ay sərhəddə 5 milyon manatdan çox qaçaqmal tutulub

Baş səhifə
Ötən ay sərhəddə 5 milyon manatdan çox qaçaqmal tutulub

Ötən ay dövlət sərhədində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 32 min 289 manat оlan qaçaqmal tutulub.

Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən ay ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 331 kiloqram 53 qram narkоtik vasitə 1548 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.