Türkiyəyə məxsus gəmi Kerç boğazında saya oturub

Baş səhifə
Türkiyəyə məxsus gəmi Kerç boğazında saya oturub

Türkiyəyə məxsus “Happy Aras” adlı gəmi Kerç boğazında (Qara dəniz) saya oturub.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, gəmidə ümumilikdə üçü Türkiyə vətəndaşı olmaqla 11 ekipaj üzvü olub.

Qeyd olunub ki, ekipaj üzvləri gəmini tərk edib, vəziyyətləri yaxşıdır.