Prezident İlham Əliyev: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər

Baş səhifə

Bakı. Trend:

Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab
edilə bilər.

Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində deyib.

Azərbaycanı turistlər üçün cəlb edən meyarlardan söz açan
dövlətimizin başçısı, həmçinin qeyd edib ki, iki aydan sonra
Şahdağda ilk dəfə Xizəksürmə üzrə dünya çempionatı olacaq. “Dünya
çempionatı Şahdağda ilk dəfə keçiriləcək. Ölkəmiz Beynəlxalq Xizək
Federasiyasının təqviminə artıq daxil edilib. Azərbaycan cənub
ölkəsidir. Çimərliklər buradan uzaqda deyil. Öz həcminə, miqyasına
və gözəlliyinə görə nadir olan “Sea Breeze” böyük tikinti layihəsi
həyata keçirilir. Dünyanın heç bir yerində buna oxşar layihə
yoxdur. Bir məkanda həm mehmanxana, həm əyləncə, həm yaşayış
yerləri və digər imkanlar mövcuddur”, – deyə Prezident əlavə
edib.