“Çelsi” Vinisius Junior üçün böyük məbləğdə pul təklif etməyə hazırlaşır

Baş səhifə
Çelsi Vinisius Junior üçün böyük məbləğdə pul təklif etməyə hazırlaşır

İngiltərənin “Çelsi” klubu İspaniyanın “Real” (Madrid) komandasının hücumçusu Vinisius Juniorun transferində maraqlıdır.

“Report” “The Guardian” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 25 yaşlı braziliyalı futbolçu üçün 160 milyon avro məbləğində təklif irəli sürməyə hazırdır.

Mənbənin məlumatına görə, “zadəganlar” oyunçunu razı salmağa çalışırlar.

Vinisius 2018-ci ilin iyul ayında “kral klubu”na transfer olunub.

O, 2025/2026 mövsümündə madridlilərin heyətində bütün turnirlərdə 25 oyunda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Vinisius Juniorun “Real”la mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.