Prezident İlham Əliyev: Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də Çinlə strateji tərəfdaşlığımızdır

Baş səhifə

Bakı. Trend:

Hesab edirəm ki, böyük əhəmiyyət daşıyan hadisələrdən biri də
bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Keçən il mənim Çinə
dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında
Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla
bilər.

Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində bildirib.

Çinin dünyada aparıcı ölkələrdən biri olduğunu vurğulayan
dövlətimizin başçısı qeyd edib ki, bu siyasi çərçivə, siyasi
platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü
sayıla bilər.